“Real”ın (Madrid) və Portuqaliya millisinin forvardı Ronaldo komanda yoldaşları ilə mərcə girib.
İdmanxeber.com-un xarici KİV-lərə istinadən verdiyi məlumata görə, o, bu mövsüm İspaniya çempionatının bombardiri olacağını söyləyib. Lionel Messini ötəcəyi təqdirdə mərcdən qazandığı pulu xeyriyyə məqsədinə yönəldəcəyini də bildirib. Bu mövsüm o , hələlik 7 oyuna cəmi 1 qol vurub. Messinin isə aktivində 12 qol var.