İdman

Ronaldo komanda yoldaşları ilə mərc etdi: Bombardir mən olacam…

“Real”ın (Madrid) və Portuqaliya millisinin forvardı Ronaldo komanda yoldaşları ilə mərcə girib.

İdmanxeber.com-un xarici KİV-lərə istinadən verdiyi məlumata görə,  o, bu mövsüm İspaniya çempionatının bombardiri olacağını söyləyib. Lionel Messini ötəcəyi təqdirdə mərcdən qazandığı pulu xeyriyyə məqsədinə yönəldəcəyini də bildirib. Bu mövsüm o , hələlik 7 oyuna cəmi 1 qol vurub. Messinin isə aktivində 12 qol var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43