Portuqaliya millisinin və “Real” klubunun hücumçusu Kriştiano Ronaldo “İnside Spanish Football”a açıqlama verib.
İdmanxeber.com-un məlumatına görə, təcrübəli futbolçu “Barselona”nın ulduz futbolçusu Messi ilə onun rəqabəti barədə danışıb:
“Messi ilə heç bir düşmənçiliyim yoxdur. Bu rəqabət mətbuat tərəfindən yaradılır. Ona qarşı meydana çıxdıqda normal, peşəkar münasibətimiz olur.Hər kəsi sevə bilməzsən. Bu, normaldır. Bütün fikirlərə hörmətlə yanaşıram. Həyatım başqalarının mənim haqda nə düşündüklərindən asılı deyil. Kim ən yaxşıdır? Hər birimiz öz işimizi görür, klub və yığmamız üçün əlimizdən gələni edirik. Hər ikimiz ən yaxşı olmaq istəyirik. Öz peşəmdə ən yaxşı olduğumu düşünürəm və bunun üçün çox çalışıram. Bu, belə olmasa da, mən hər zaman öz fikrimdə qalacam”.