“Əl-Nəsr” və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo millidə oynamaqdan imtina edən futbolçuları tənqid edib.
İdmanxeber.az-ın məlumatına görə, ulduz futbolçu yığma komandaya dəvət almaq oyunçuların ən böyük xəyalının olduğunu bildirib:
“18 yaşımda milli komandaya gələndə bu, ən böyük arzum idi. Bu qədər kubok qazandıqdan sonra belə, milli komandada oynamaqdan, ölkənizi, mədəniyyətinizi, dostlarınızı təmsil etməkdən gözəl bir şey yoxdur. Buna görə də Portuqaliyanı təmsil etmək istəməyən bəzi oyunçuların qərarından məyus oldum”.
39 yaşlı forvard 2003-cü ildən Portuqaliya millisində çıxış edir, 2008-ci ildən isə millinin kapitanıdı. Millinin heyətində keçirdiyi 215 matçda Ronaldo 133 qol vuraraq komandanın bombardiri olub.