Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Nəsr” ilə müqaviləsini uzadacaq.
İdmanxeber.az-ın məlumatına görə, futbolçu sözləşmənin ardından həm də kluba ortaq olacaq. O, “Əl Nəsr”in səhmlərinin 5 faizinə sahib olacaq.
Qeyd edək ki, Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı komandası ilə 200 milyon avro məbləğində yeni müqavilə bağlayacaq. Sözləşmə 2026-cı ilin iyun ayına qədər qüvvədə olacaq.