19 Fevral 2025
Dünyadan

Ronaldo “Real”a növbəti kuboku qazandırdı – VİDEO

UEFA superkubokunun yeni qalibi müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, UELS-in paytaxtı Kardiffdə keçirilən matçda iki İspaniya klubu –Çempionlar Liqasını qazanan “Real” (Madrid) və Avropa Liqasının qalibi “Sevilya” komandaları üz-üzə gəlib.

Madrid klubu Ronaldonun dublu ilə kuboku qazanan tərəf olub – 2:0.

Qeyd edək ki, “Real” tarixində ikinci dəfə UEFA superkubokunu qazanır.

12 avqust

UEFA superkuboku, final

23:45. “Real” (Madrid, İspaniya) – “Sevilya” (İspaniya) – 2:0

Qol: Ronaldo, 30, 49

“Real”: Kasilyas, Pepe, Serxio Ramos, Fabio Koentrao, Karvaxal, Toni Kroos, Xames Rodriqes, Beyl, Modriç, Ronaldo, Benzema

“Sevilya”: Beto, Fazio (k), Fernando Navarro, Parexa, Xorxe, Krıxovyak, Karrisu, Suares, Vitolo, Vidal Parreu, Bakka


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43