Maqazin

Ronaldo türk serialında çəkiləcək?

Portuqaliyalı futbolçu Kriştiano Ronaldonun Hollivud ulduzu Ancelina Coli ilə türk serialında çəkiləcəyi ilə bağlı yayılan xəbərlər yalandır.

İdmaxneber.com-un məlumatına görə, bu barədə “AS” nəşri məlumat yayıb.

Məlumata görə, ulduz futbolçunun nümayəndələri bu xəbəri təkzib ediblər. Onlar bu barədə yayılan məlumatların “ağ yalan” olduğunu bildiriblər.

Qeyd edək ki, bir müddət öncə sözügedən iki məşhurun “Həyat körpüsü” adlı serialda çəkiləcəyi ilə bağlı məlumatlar yayılmışdı. Serialda Suriyadakı hərbi münaqişədən qaçaraq Türkiyəyə sığınan suriyalı ailənin taleyindən bəhs edilir. Filmin direktoru Eyül Dirlik serialda Ronaldo və Colinin də çəkilmək istədiyini bildirmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43