Dünya futbolu

Ronaldo UEFA prezidentinə “ilişdi”

Portuqaliya millisinin ulduz futbolçusu Ronaldo maraqlı açıqlamalar verib.

O, müsahibəsində DÇ 2014-ün seçmə mərhələsi çərçivəsində pley-offda Fransa ilə qarşılaşmaq istəmədiyini deyib.

“Nəzəri cəhətdən mümkün rəqiblər arasında ən güclüsü Fransadı. Odu ki, onlarla qarşılaşmaq istəmirik. Düzdü, bizim qarşıdurmamız çox maraqlı alına bilər. Amma bundan qaçmaq daha yaxşıdı”.

“Real”ın ulduz futbolçusu ad çəkməyib, amma bu sözləri ilə o, UEFA-nın prezidenti Mişel Platiniyə ilişib: “Fransa ilə qarşılaşmaq istəməməyimizin bir neçə səbəbi var. Amma mən bu haqda danışmaq istəmirəm. Çünki danışsam, cəzalana bilərəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43