20 Sentyabr 2024
Dünya futbolu

“Ronaldo və Messinin gedişindən sonra La Liqada səviyyə düşməyib”

“Atletiko”nun qapıçısı Yan Oblak İspaniya La Liqasının hazırkı səviyyəsini dəyərləndirib.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli qolkiper çempionatın zəif olduğunu dair iddiaalara belə cavab verib:

“Kristiano Ronaldo və Lionel Messinin gedişindən sonra La Liqanın səviyyəsində azalma yoxdur. Bütün komandalar çox yaxşıdır və hər matç çətin keçir. La Liqa hələ də  çox rəqabətlidir.

İki uldu futbolçunun dönəmində bütün dünya Ronaldo və Messi haqqında danışırdı. Amma indi onlarsız La Liqa əvvəlkindən asan deyil. Hələ də çox rəqabətlidir, burada böyük oyunçular var”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43