Dünya futbolu

Ronaldo “Yuventus”a milyonlar qazandırır

Ötən il “Real”dan “Yuventus”a keçən Kristiaono Ronaldo İtaliya təmsilçisinə milyonlar qazandırır.

İdmanxeber.az-ın məlumatına görə, portuqaliyalının  “Yuventus”a keçidi “Real”a ödənilən məbləğ və 4 illik maaşı ilə bərabər toplamda 360 milyon avroya başa gəlib. 34 yaşlı superulduz yeni komandasına rekord məbləğdə transfer olunsa da, italiya təmsilçisinin gəlirlərinin də artmasına səbəb olub. Belə ki, ötən mövsüm 57 milyon avro qazanan “ağ-qaralar”, bu il mövsüm bitmədən artıq 70 milyon avro gəlir əldə edib. Ronaldonun “Yuventus”a keçməsi komandanın yayım gəlirlərinə də təsir edərək, illik qazancı 200 milyondan 240 milyona yüksədib.

Portuqliyanın gəlişinin ardından “Yuventus”un sosial şəbəkə hesablarını daha 50 milyon insan izləməyə alıb. Bir çox sahədə gəlirini artıran “Yuve”nin mövsüm sonunda ümumilikdə 550 milyon avro qazanacağı bilrdirilib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43