Premyer Liqa

Ronaldodan alqışalayiq addım

Madridin “Real” klubunun hücumçusu Kriştiano Ronaldo Braziliyanın “Şapekoense” komandasının üzləşdiyi faciəyə biganə qalmayıb.

İdmanxeber.com-un məlumatına görə, 31 yaşlı forvard futbolçuları təyyarə qəzasında həlak olmuş kluba yardım əlini uzadıb.

Portuqaliyalı ulduz adıçəkilən klubun hesabına 3 milyon ABŞ dolları köçürüb. Ronaldo faciədə həlak olanların ailələrinə bu sözlərlə təskinlik verib: “Baş verən faciə xəbərindən hələ də şokdayam. Mən hadisə qurbanlarının ailə üzvləri və yaxınlarının acı kədərləri ilə həmrəyəm”, – deyə K. Ronaldo qeyd edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43