“Real”ın ulduz futbolçusu Kriştiano Ronaldo “Facebook” səhifəsi vasitəsilə xərçəng xəstəsi olan Marqarida adlı bir uşağa dəstək olmaq məqsədilə keçirilən kompaniyaya qoşulub.
İdmanxeber.com-un məlumatına görə, futbolçu bu statusla hər kəsi kömeyə çağırıb:
“Hər kəsi Marqaridaya dəstək verməyə çağırıram. Heç bir yardım kiçik deyil” – yazan portuqaliyalı forvard xəstəxana xərcləri gündəlik 700 sterlinq olan Marqaridanın anası və atasının yaratdığı kompaniyaya biganə qalmayıb.