“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo braziliyalı müğənni Luan Santanaya bahalı hədiyyə edib.
İdmanxeber.az-ın məlumatına görə, musiqiçi Dolores Aveyronun ad günü şərəfinə təşkil olunan məclisə ifaçı kimi dəvət olunub. Futbolçu ona 75 min avro dəyərində saat hədiyyə edib.
Xatırladaq ki, bu mövsüm forvard “Əl-Nəsr”in heyətində 24 oyun keçirib, 23 qol vurub və 11 məhsuldar ötürmə edib.