Dünya futbolu

Ronaldodan poker, komandasından darmadağın -YENİLƏNİB

Səudiyyə Ərəbistanı çempionatının 16-cı turunun oyunları keçirilir.

İdmanxeber.az-ın məlumatına görə, Kristiano Ronaldonun formasını geyindiyi “Əl-Nəsr” səfərdə “Əl-Vehda” klubu ilə qarşılaşıb. Görüşdən qonaqlar 4:0 hesabı ilə qalib ayrılıblar.

Ronaldo matçda komandansının bütün qollarını vuraraq, pokerə imza atıb. O, qarşılaşmanın 21, 40, 51 və 61-ci dəqiqələrində fərqlənib.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43