“Real”ın ulduz futbolçusu Kriştiano Ronaldo dünən ÇL-da vurduğu qolla Raulu arxada qoyub.
İdmanxeber.com-un məlumatına görə, “Kral” klubunun portuqaliyalı futbolçusu Çempionlar Liqası çərçivəsində “Ludoqorets”lə matçda rəqib qapısına yol tapıb. Turnirdə 72-ci qolunu vuran Ronaldo, əfsanəvi futbolçu Raul Qonzalesi (71 qol) geridə qoyub.
Xatırladaq ki, Çempionlar Liqasının bombardiri (74 qol) “Barselonan”ın ulduz futbolçusu Lionel Messidir.