“Real”ın qol silahı Kristiano Ronaldonun anası Dolores Aveyro oğlu ilə bağlı maraqlı faktı ortaya çıxarıb.
O, Ronaldonun qol vura bilməyəndə ağladığını deyib:
“Əvvəllər Kriştianoya “sulugöz” deyərdilər. Meydanda olarkən komanda yoldaşları ona ötürmə verməyəndə, qol vura bilməyəndə və istədiyi kimi oynamayanda ağlayardı”.