“Real” (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldonun Portuqaliyadakı heykəli bir qrup şəxs tərəfindən hücuma məruz qalıb.
İdmanxeber.com-un məlumatına görə, buna səbəb ulduz futbolçunun “Qızıl top” mükafatı uğrunda yarışda növbəti dəfə Lionel Messiyə uduzması olub.
Futbolçunun doğulduğu Madeyra şəhərindəki heykəlinə hücum edən bir qrup şəxs onun üzərinə qırmızı boya ilə Messi və argentinalı futbolçunun geyindiyini formanın nömrəsi olan “10” rəqəmini yazıb.