Dünya futbolu

Ronaldonun Səudiyyə Ərəbistanında ilk uğuru

Səudiyyə Ərəbistanı “Əl-Nəsr” klubunda çıxış edən Kristiano Ronaldo ilk uğurna imza atıb.

İdmanxeber.az-ın məlumatına görə, ulduz futbolçu Səudiyyə Ərəbistanı çempionatında fevral ayının ən yaxşı oyunçusu seçilib. Bu ayda 4 oyun keçirən Ronaldo rəqib qapılarına 8 qol vurub.

O, yalnız bir qarşılaşmada adını tabloya yazdıra bilməyib. Kristiano həmin görüşdə də 2 assit etməyi bacarıb.

Çempionatda ümumən5 oyunda forma geyinən ulduz futbolçunun aktivində 8 qol, 2 məhsuldar ötürmə və bir sarı vərəqə var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43