16 Sentyabr 2024
Ölkə futbolu

“Rövnəq Abdullayev 16 il Azərbaycan futboluna uğurlu xidmət edib”

FIFA-nın prezidenti Canni İnfantino AFFA-nın Hesabat-Seçki Konfransında videomüraciətlə çıxış edib.

İdmanxeber.az-ın məlumatına görə, ali futbol qrumunun rəhbəri Rövnəq Abdulayyevin fəaliyyəti barədə danışıb: 

“Hörmətli Rövnəq müəllim, sizə təşəkkürümü bildirirəm. 16 il Azərbaycan futboluna uğurla xidmət etmisiniz. Bu müddət ərzində siz gözəl futbolunuzun infrastrukturuna çoxlu sərmayə yatırdınız. Bu illər ərzində keçirdiyimiz görüşlərdə Azərbaycanda futbolu necə təbliğ etmək barədə danışdıq. Mən özüm də AVRO-2020-nin Türkiyə – İsveçrə oyunu zamanı Bakıda idim, inkişafın bir daha şahidi oldum”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43