Rövnəq Abdullayev 2 ay sonra AFFA-da keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürməyəcək.
Sabiq SOCAR rəhbərinin 5-ci dəfə federasiyaya prezident olmaq arzusuna razılıq verilməyib.
2008-ci ildən quruma rəhbərlik edən R.Abdullayevin futboldan da “təqaüdə” göndəriləcəyi gözlənilir.
58 yaşlı funksionerin geridə qalan 15 ildə Azərbaycan futbolunu uçuruma aparması yetkililəri bu addımı atmağa vadar edib. (Mediasport.az)