AFFA prezidenti Rövnəq Abdullayev Gəncə və Ağsuya səfər edib.
İdmanxeber.az-ın məlumatına görə, funksioner Gəncədə FIFA-nın dəstəyi ilə tikilmiş futbol akademiyasının vəziyyəti ilə tanış olub.
O, daha sonra Ağsu şəhər stadionunun durumu ilə maraqlanıb və təmir-tikinti işləri ilə bağlı müəyyən məsləhətlərini verib.
Hər iki görüşdə Gəncə və Ağsunun icra başçıları da iştirak ediblər.