08 Sentyabr 2024
Ölkə futbolu

Rövnəq Abdullayev: “Kral öldü, yaşasın yeni kral”

AFFA-nın prezidenti Rövnəq Abdullayev milli assosiasiyanın növbəti Konfransında çıxış edib.
İdmanxeber.az-ın məlumatına görə, qurum rəhbəri futbola gəldiyi üçün peşman olmadığını bildirib:
“Futbola dəstəyinə görə ən böyük pay cənab Prezident İlham Əliyevindir. Onun diqqəti sayəsində klublarımız stabil çıxış edirlər, heç bir maliyyə problemi yaşamırlar. Sponsorlar tapmağa çalışırıq. Ancaq sponsorsuz klub belə, Premyer Liqada uğurlu çıxış edə bilir. Çempionat elə güclü səviyyədə keçir ki, artıq millimiz də yaxşı çıxış edəcək”.
O, sonda AFFA kollektivinə təşəkkürünü bildirib: “Haqqınızı halal edin, hər şeyə görə çox sağ olun. Artıq futbola azarkeşlik edə bilərəm. Necə deyərlər, kral öldü, yaşasın yeni kral”.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43