“Oyundan razıyam. Hamı necə oynadığımızı gördü. Uşaqlar yaxşı çıxış etdilər. Meydanda əsl mübarizə gedirdi. Amma uğur komandamızın tərəfində idi. Bu yaxşı nəticədi”.
İdmanxeber.com-un məlumatına görə, bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev “Neftçi”nin Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Gürcüstan “Çixura”sına qarşı səfər oyununu şərh edərkən deyib.
Qurum başçısı daha sonra “Qarabağ”dan dnaışıb:
“Ötən gün “Qarabağ”ın da səfər oyununu canlı izlədim və matçdan sonra paltardəyişmə otağına gedərək onlarla söhbət etdim. Komandaya uğurlar arzuladım. Onların rəqibi çox güclü idi”.