AFFA-nın prezidenti Rövnəq Abdullayev İmişli rayonunda səfərdə olub.
Assosiasiya rəhbəri Heydər Əliyev adına İmişli şəhər stadionunda yerli “Mil-Muğan” komandasının üzvləri ilə görüşüb.
Abdullayev stadionda yaradılmış şəraitlə tanış olub, müvafiq məsləhətlərini verib.
Qeyd edək ki, yenicə yaradılan “Mil-Muğan” Azərbaycan I divizionunda çıxış edir.