Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunu çerçivəsində “Qarabağ”ın “Zalburq”u 2:1 hesabı ilə məğlub etdiyi oyunu AFFA prezidenti Rövnəq Abdullayev stadiondan canlı izləyib.
İdmanxeber.com-un məlumatına görə, matç bitdikdən sonra Abdullayev oyun haqda fikirlərini söyləyib:
“Qarabağ”ın mərhələ keçmək şansı var. İnanıram ki, “Qarabağ” burada göstərdiyi oyunu səfərdə də nümayiş etdirsə, mərhələ adlayacaq. İmkan olsa, cavab matçını da izləməyə gedəcəm. “İnter”in Avroliqanın “Elfsborq”la cavab matçında (0:1) olduğu kimi, “Qarabağ” – Zalsburq” oyununda da hakim vərəqələrdən çox istifadə etdi. Məhz hakim səhvi ucbatından “İnter” mərhələ adlaya bilmədi. Admir Telinin qırmızı vərəqə almasına gəlincə, onun kimi təcrübəli futbolçuya bu yaraşmadı”.