11 Noyabr 2024
Kateqoriyasız

Rövnəq Abdullayev: “Oynamıram” deyib, elə bəhanəni hakimin boynuna atmaq düzgün deyil”

"Azərbaycanın futbol hakimlərinin səviyyəsi Avropa çempionatlarındakı hakimlərdən yüksəkdi".

İdmanxeber.com-un məlumatına görə, bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev Premyer Liqada təmsil olunan "Araz Naxçıvan" komandasının fəaliyyətinin dayandırılmasında hakim səhvlərinin olması məsələsinə münasibət bildirərkən jurnalistlərə deyib.

R.Abdullayev bildirib ki, səhvsiz hakim yoxdu: "Lakin biz Azərbaycanda hakimin qəsdən səhv etməsinin kökünü kəsmişik. Sağlam gənc hakimlərin sayını artırmışıq. "Oynamıram" deyib, elə bəhanəni hakimin boynuna atmaq düzgün deyil". (Trend)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43