19 Fevral 2025
Kateqoriyasız

Rövnəq Abdullayev və Ramin Musayev “Neftçi” üçün getdilər

Ötən gün “Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsində “Zalsburq”la cavab qarşılaşmasını izləyən AFFA rəhbərliyi bu gün Tiflisə gedib.

İdmanxeber.com-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumta görə, AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov, baş katib Elxan Məmmədov və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Çixura” – “Neftçi” matçını stadiondan izləyəcəklər.

Qeyd edək ki, Tiflisin “Mixail Mesxi” stadionunda keçiriləcək “Çixura” – “Neftçi” oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bu komandalar arasında Bakıda baş tutan ilk görüşdə qapılara qol vurulmamışdı – 0:0.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43