28 Noyabr 2021
Kateqoriyasız

Rövşən Hüseynli: “Oyunu özümüz qəlizləşdirdik”

Avropa çempionatının seçmə mərhələsində Moldova ilə oyundan sonra Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli azfutzal.az-a açıqlama verib.

O, qələbəni şərh edib:

“Oyunumuz milli bayramımız olan Novruz çərşənbəsinə təsadüf etdi. Qazanılan qələbə həm də xalqımız üçün bayram hədiyyəsi oldu. Bu münasibətlə hər birinizi təbrik edirəm. Açığı, oyuna rəqib daha yaxşı başladı. Sanki meydanın örtüyünə tam öyrəşməmişdik. Bizim daim məşq etdiyimiz arena ilə bu zalın örtüyü fərqlidir. Amma Moldova yığması demək olar, hər gün burda məşq etdiklərinə görə, meydana da tam uyğunlaşmışdılar. Oyun çox sürətli gedirdi. Baxmayaraq ki, ilk hissəni 1:0 hesablı üstünlüklə başa vurduq, amma fasiləyə qədər səhvlərimiz çox oldu. Rəqib real qol epizodları yaratdı. Çox şükür ki, həmin anlarda komandama kömək edə bildim. Əslində, biz hesabı açdıqdan sonra rəqib irəli atıldı və bundan istifadə etməli idik. Meydan amili sözünü dedi”.

Qolkiper millimizin ikinci hissəyə daha yaxşı başlanğıc etdiyini vurğuladı: “Başlayan kimi qol vurduq, fərqi artırdıq. Sonra isə rəqib qapıçını meydan oyunçusu ilə əvəzlədi. Bu dəfə fərqli oynadılar və qol vurmağı bacardılar”.

Hüseynli rəqibin vurduğu qollara da münasibət bildirdi: “Demək olar, oyunu özümüz çətinləşdirdik. Hesabda fərq yarandıqdan sonra bir qədər arxayınlaşdıq. Səhvlər etdik, onlar da istifadə etdilər. Bakıdakı oyunda daha intizamlı çıxış etdik. Bu dəfə oyunun gedişindı bir qədər pərakəndəlik oldu. Oyunumuz alınmırdı”.

Millinin qapıçısı istənilən hada nəticənin vacib olduğunu dedi: “Bizim üçün qələbə vacib idi. Çünki qazandığımız nəticə bizi final mərhələsinə aparacaqdı. Bunun da öhdəsindən gəldik. Amma qalan 2 oyunu da maksimum xalla başa vurmalıyıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Daha bir futbolçu “Neftçi”dən ayrıldı

admin

Stankoviç cəzalandırıldı, “Neftçi” cərimələndi

admin

“25 milyonluq büdcəsi olan “Qarabağ”ın nəyə qadir olduğunu bilirik”

admin