Ölkə futbolu

Rövşən Nəcəf: “Qısa müddət ərzində yeni strategiya müəyyənləşdirməliyik”

Bu sözləri AFFA-nın yeni prezidenti Rövşən Nəcəf açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, qrum rəhbəri onları qarşıda böyük məsuliyyətli işin gözlədiyini bildirib:

“Qısa müddət ərzində yeni strategiya müəyyənləşdirməliyik. Ancaq bunu tətbiq etmək üçün vaxta ehtiyac olacaq. Bölgələrdən yeni istedadlı uşaqların üzə çıxarılması üçün çalışacağıq. Çünki aşağı yaş qruplarına diqqət ayırsaq, ölkə futbolu daim yüksək yerlərdə olacaq”.

R.Nəcəf azarkeşlərin stadionlara cəlb olunması üçün də addımlar atılacağını vurğulayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43