Xəbər verdiyimiz kimi, populyar müğənni, əməkdar artist Röya Ayxan bu il mayın 5-dən 21-dək Bakıda təşkil olunacaq 17 yaşadək futbolçulardan ibarət komandalar (U-17) arasında Avropa çempionatının səfiri olub.
İdmanxeber.com-un məlumatına görə, bu gün AFFA-nın inzibati binasında UEFA U-17 Avropa çempionatının səfiri müsahibə verib.
Müsahibədə atasının və qardaşının futbol oynadığını, ilk dəfə matçlara baxmağa gələcəyini bildirən Röya Ayxan futbolçuları sevdiyini bildirib. O, dünyada və Azərbaycanda sevdiyi oyunçuların adlarını da açıqlayıb: “Bütün cavan qızlar kimi mən də Kriştiano Ronaldonu sevirəm. Azərbaycanda isə Rəşad Sadıqovdan xoşum gəlir. Ona da sevgim qardaşımdan keçib. Qardaşım onu çox sevir”.