Kateqoriyasız

Röyadan Mahirlə bağlı paylaşım: “Yeni imzan da xeyirli olsun”

Müğənni Röya “Qarabağ”dan ayrılacağı gözlənilən  Mahir Emreli ilə bağlı rəsmi İnstaqram hesabında paylaşım edib.

İdmanxeber.az-ın məlumatına görə, xalq artisti 23 yaşlı hücumçu ilə birgə fotosunu paylaşaraq, onun xarici klublardan birinə keçidini işarə edib:

“Dostlarımın uğur qazanan övladını görəndə xoşbəxt oluram. Allah bizi övladlarımızla sevindirsin. Mahir, sənə inanırıq. “.

Qeyd edək ki, Mahir Emrelinin yaxın vaxtlarda xarici klublardan biri ilə müqavilə bağlayacağı gözlənilir. Onun adı daha çox “Legiya” (Polşa) ilə hallanır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43