“Mançester Yunayted” yeni baş məşqçisi Ruben Amorim İngiltərəyə yollana bilmir.
İdmanxeber.az-ın məlumatına görə, buna səbəb mütəxəssisin viza problemi ilə üzləşməsidi. Problemin 2-3 gün də davam edəcəyi bildirilir.
39 yaşlı portuqaliyalı mütəxəssis bu gün komandaya qoşulmalı idi.
Amorimin “qırmızı şeytanlar”la müqaviləsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub.