“Rubin”in yarımmüdafiəçisi Umarəli Rəhmonəliyev karyerasını Azərbaycanda davam etdirəcək.
İdmanxeber.az Rusiya mətbuatına istinadən xəbər verir ki, futbolçunun xidmətində “Sabah” klubu maraqlıdı. Bakı klubu oyunçunu icarə əsasında heyətinə qatacaq. Müqavilə mövsüm sonuna qədər nəzərdə tutulub.
Bu mövsüm 21 yaşlı Rəhmonəliyev Kazan klubunda 7 oyun keçirib. Futbolçunun “Rubin”lə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
“Transfermarkt” portalı futbolçunun dəyərini 500 min avro qiymətləndirir.