Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “Qarabağ”la qarşılaşacaq “Rudar”ın Bakı proqramı bəlli olub.
İdmanxeber.com-un məlumatına görə, Pyevliya təmsilçisi iyulun 13-də Bakıya səfər edəcək.
Monteneqro çempionu oyunöncəsi son məşqini iyulun 14-də saat 21:30-da Respublika stadionunda keçirəcək.
Qeyd edək ki, oyun iyulun 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:30-da start götürəcək.