27 Dekabr 2024
Kateqoriyasız

“Rudar”ın baş məşqçisi: “Bizim hər avromuzu saydığımız bir vəziyyətdə…”

“Qarabağ” güclüdür. Üstəlik, ora getmək də problemdir. Bizim hər avromuzu saydığımız bir vəziyyətdə Azərbaycana getmək heç də yerinə düşmür”. 

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Çernoqoriyanın “Rudar” klubunun baş məşqçisi Mirko Mariç UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”a qarşı keçirəcəkləri matç öncəsi deyib.

Yerli mətbuata danışan təcrübəli mütəxəssis daha sonra sözlərinə belə davam edib:

“Qarabağ”ın çox yaxşı heyəti var. Komandada dörd braziliyalı, ispaniyalı, mərakeşli, albaniyalı, bosniyalı legionerlər var. Ötən il Avropa Liqasının qrup mərhələsində çıxış ediblər. Milan “İnter”i ilə, Avroliqanın finalçısı “Dnepr”lə baş-başa mübarizə aparıblar. Düzdür, onlar cütün favoritidirlər. Amma biz qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43