“Mordoviya” ilə oyunda məğlub olmağımıza baxmayaraq komanda yaxşı çıxış etdi. Komanda ən azı “Qarabağ”la oyuna kimi 70-80 faiz hazır olacaq. Yaxşı nəticə qazanacağımıza inanırıq”.
İdmanxeber.com-un məlumatına görə, bu sözləei “Rudar”ın köməkçi məşqçisi Vuqo Boqavaç deyib.
Pyevliya təmsilçisinin çalışdırıcısı daha sonra bunları deyib:
“Komanda 90 dəqiqə mübarizə aparmalıdı. Fiziki cəhətdən bu oyuna yaxşı hazırlaşırıq. “Qarabağ”la oyunda səhv etməməliyik, yoxsa bağışlamazlar. Onlar bizə imkan verməzlər. Uşaqlara etimad göstəririk”.
Qeyd edək ki, “Qarabağ” – “Rudar” matçı iyulun 15-də keçiriləcək.