06 Dekabr 2022
Dünya futbolu

Rüfət Dadaşov: “Oyunlara çıxmadan öncə boynumdakı xaçı öpürəm”

Rüfət Dadaşov Almaniyada müsahibə verib.

Millimizin sabiq üzvü, Almaniya III Bundesliqasında çıxış edən “Proyssen” klubunun hücumçusu Rüfət Dadaşov “Bild” nəşrinə müsahibə verib. O, sonuncu oyunda elədiyi het-trik barədə danışıb:

“Bəzən oynadığım oyunlardan sonra bir az yuxusuz qalıram. Özü də belə bir oyundan sonra. Hər şey əla oldu. Belə şeyi sonuncu dəfə “Dinamo”da yaşamışdım. III Bundesliqaya uyğunlaşmaq müəyyən vaxt apardı. Artıq işlər qaydasına düşür. Azərbaycan millsində 16 oyun keçirmişəm və 4 qola imza atmışam. Milliyə istənilən vaxt dəvət almaq olar. Yenidən dəvət alsam, buna ancaq sevinirəm”.

27 yaşlı forvard inancı ilə bağlı danışıb: “Oyundan öncə boynumdan asdığım xaçı öpürəm. Mən rus pravoslavıyam. Qaydalara riayət edirəm. Meydana daxil olanda xaç çevirirəm. Bunu ictimaiyyət üçün deyil, özümə görə edirəm”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

“Tottenhem”dən qovulan məşqçi yenidən Premyer Liqada

admin

“Pasportumu tapana 400 avro mükafat verəcəyəm”

admin

“Mançester Yunayted” “Çelsi”nin futbolçusunu transfer etdi

admin