Milli komandamızın üzvü Rüfət Dadaşov Almaniya mətbuatına müsahibə verib. O, Farer adalarını məğlub etdiyimiz oyun və qarşıdakı Kosovo matçından danışıb. “Proyssen”də çıxış edən 27 yaşlı hücumçu Kosovo səfərinin çox qaynar olacağını bidldirib:
“Kosovo səfəri çox qaynar keçəcək. Bu görüçün çox fərqli keçəcəyini düşünürəm. Hər iki tərəf də növbəti mərhələyə çıxmaq üçün əlindən gələni edəcək. Farer adaları ilə oyunda yaxşı nəticə qazandıq. Matçın əvvəlində sarı vərəqə almışdım. Ona görə də baş məşqçi riskə getmək istəmədi. Çünki Kosovo ilə görüş bizim üçün çox vacibdir”.
Qeysd edək ki, Kosovo – Azərbaycan matçı sabah baş tutcaq.