Dünya futbolu

Rüfət Dadaşov zədələndi – bu il olmayacaq

“Proyysen”in və milli komandamızın hücumçusu Rüfət Dadaşov Bundesliqa III liqasının son turunda “Braunşveiq”lə qarşı keçirilən görüşdə zədələnib. Matçın 70-ci dəqiqəsində meydana çıxan oyunçunun əzələsində problem olub və məcburi əvəzlənib.

Oyundan sonra “Proyysen” klubunun baş məşqçisi Marko Antverpen Rüfətin zədəsinin ciddi olduğunu və bu ilin sonuna qədər meydana çıxa bilməyəcəyini açıqlayıb.

Almaniya mətbuatı Rüfətin zədələnməsini son iki ayda çox oyun keçirməsi ilə əlaqələndirib.  Dadaşovun oktyabr və noyabr aylarında klubu ilə yanaşı, Azərbaycan millisinin heyətində də iştirak etməsi onun əzələ yorğunluğuna səbəb olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43