Milli komanda

Rüfət Dadaşov: “Hazırda yaxşı formadayam”

DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində səfərdə İsrail millisi ilə qarşılaşacaq yığma komandamız hazırlıqlarını Bakıda davam etdirir.

“Bakcell Arena”da məşqə çıxan futbolçularımızdan Rüfət Dadaşov qarşıdakı oyunla bağlı fikirlərini açıqlayıb:

“Çətin oyun olacaq, ancaq Bakıya qələbə ilə dönmək istəyirik. İsrail yığmasının bir neçə oyununu izləmişəm. Yaxşı futbolçuları var. Ancaq biz də zəif komanda deyilik”. 

“Qol vurmaq üçün əlimdən gələni edəcəm. Hazırda yaxşı formadayam. Millinin və klubumun son oyununda qol vurdum. Kimin qol vurmasının elə də fərqi olmayacaq. Vacib olan komandamızın yaxşı nəticə qazanmasıdır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Aərbaycan Malta ilə yenə bacarmadı – YENİLƏNİB

admin

Foqts məşq cədvəlində dəyişiklik etdi

admin

Böyükağa Hacıyev: “Azarkeşlər millidən baxımlı futbol görə biləcəklər”

admin