İdman

Rüfət Dadaşov vurduğu qollar sayəsində kuboku belə havaya qaldırdı – FOTO

Azərbaycan millisinin sabiq futbolçusu Rüfət Dadaşov Berlin “Dinamo”sunun heyətində son oyununa çıxıb.

İdmanxeber.com-un məlumatına görə, o, Berlin kubokunun finalında “Berliner”lə matçda iştirak edib. Matç “Dinamo”nun 2:1 hesablı qələbəsi ilə başa çatıb. Uzunmüddətli zədədən sonra yaşıl meydanlara qayıdan R. Dadaşov komandasının hər iki qolunun müəllifi olub. O, 16 və 62-ci dəqiqələrdə fərqlənib. R.Dadaşov  87-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, bu qələbə ilə “Dinamo” Almaniya kubokuna vəsiqə qazanıb.

Xatırladaq ki, 27 yaşlı hücumçu yeni mövsümdən 3-cü Bundesliqada çıxış edən “Proyssen” klubu çıxış edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43