Xəbər verdiyimiz kimi “Xəzər Lənkəran”ın sabiq futbolçusu Eder Bonfim Rumıniyanın “Poli” klubunda baxışda idi.
Artıq klub futbolçu ilə bağlı yekun qərarını açıqlayıb. Bonfim məşqçilər korpusu tərəfindən bəyənilməyib. Rumın klubunun baş məşqçisi Aurel Şunde onu sərəcamında görmək istəsə də, sonradan qərarından daşınıb.
Qeyd edək ki, iyulun 26-da Hayfa “Makkabi”sinə 0:8 hesablı yenigidən sonra “Xəzər Lənkəran” Bonfimi komandadan qovmuşdu.