ABŞ-ın “Di Si Yunayted” klubunun oyunçusu Ueyn Runi İngiltərə millisində son oyununu keçirib.
İdmanxeber.az-ın məlumatına görə, ABŞ-la yoxlama görüşü keçirən İngiltərə millisində Ueyn Runinin vida matçı olub.
33 yaşlı futblçu 3:0 hesabı ilə qalib gəldikləri qarşılaşmanın 58-ci dəqiqəsində meydana çıxıb. Bu, Runinin millidə sonuncu – 120-ci oyunu olub.
Qeyd edək ki, Ueyn Runi 53 qolla İngiltərə yığmasının bombardiridir.