Rusiya millisinin futbolçusu Artum Dzyuba 2014-cü il dünya çempionatının seçmə mərhələsində rəqibləri olan millimizdən çəkinir.
“Rostov”da çıxış edən hücumçu səfərdə Azərbaycana qalib gələcəklərinə inanmır:
“Bəli, 2 dəfə Lüksemburqa, evdə İsrail yığmasına qalib gələrik. Bəs Azərbaycanla Bakıdakı oyun? Məsələn, məndə heç əminlik yoxdur ki, biz orda qalib gələcəyik…Bax onda Belfastdakı matç tam proqramı ilə əks-sədasını verəcək”.
Qeyd edək ki, oyun oktyabrın 15-də baş tutacaq.