Kateqoriyasız

Rus klubu azərbaycanlı oyunçu ilə müqaviləni uzatdı

Rusiyanın “Ufa” klubu azərbaycanlı futbolçu Azər Əliyevin mayın 31-i başa çatacaq müqaviləsini uzadıb.

26 yaşlı futbolçu mövsüm başa çatana qədər “Ufa”da qalacaq.

Azər 2018-ci ildən Premyer Liqa klubunda çıxış edir.

AFFA-nın diqqət mərkəzində olan cinah futbolçusu Azərbaycan millisinə gəlməkdə qəti qərar verməyib. Rusiya pasportu daşıyan Əliyev çempionatda əcnəbi limitinə düşməmək üçün Azərbaycan yığmasında oynamaq istəmir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43