Kateqoriyasız

Rusiya – Azərbaycan oyununu idarə edəcək hakimlər bəllidi

Sentyabrın 3-də Rusiya və Azərbaycan milli komandaları arasında keçiriləcək yoxlama oyununun baş hakimi müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, bu qarşılaşmanı məşhur özbək hakim Rövşən İrmatov idarə edəcək. Yardımçı hakımlər isə Əbdulxamidullo Rəsulov və Alişer Usmanov olacaq. Matç Moskvadakı “Ximki Arena” stadionunda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43