Rusiyanın “Krasnodar” klubu “Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andradeni heyətinə qatmağı planlaşdırır.
İdmanxeber.az “RP Sport”a istinadən xəbər verir ki, Rusiya klubu 23 yaşlı yarımmüdafiəçinin mümkün keçidi ilə bağlı Ağdam təmsilçisi ilə danışıqlara başlamağı düşünür.
Qeyd edək ki, L.Andrade bu mövsüm bütün yarışlarda 15 oyuna çıxıb, 1 qol vurub və 7 qolun ötürməsini verib. Onun “Qarabağ”la müqaviləsi 2025-ci ilin yayına qədərdir.