Rusiyanın “Şinnik” klubunun rəsmisi “Sabah”ın baş məşqçisi Murad Musayevlə görüşmək üçün Azərbaycana gəlib.
İdmanxeber.az-ın məlumatına görə, komandanın idman koordinatoru Aleksandr Pobeqalov 40 yaşlı mütəxəssislə danışıq aparacaq. Yaroslavl təmsilçisinin baş direktoru Qalimcan Xayrulin idman koordinatorunun Azərbaycana səfər etdiyini təsdiqləyib.
Murad Musayevin adı bir müddət əvvəl Rusiyanın digər klubu “Alaniya” ilə birgə hallanırdı.