Ölkə futbolu

Rusiya mətbuatı: “Qarabağ” Kadi ilə anlaşmağa yaxındır”

“Krasnodar”ın yarımmüdafiəçisi Kadi Borxes karyerasını Azərbaycanda davam etdirə bilər.

İdmanxeber.az “РБ Спорт” nəşrinə istinadən xəbər verir ki,  “Qarabağ” 28 yaşlı braziliyalının xidmətində maraqlıdı. Tərəflər transferlə bağlı razılığa yaxındırlar. Futbolçu 2023-cü ilin yanvarında “Qarabağ”dan “Krasnodar”a keçib.

Ötən mövsüm Kadi 33 oyuna çıxıb, 4 qol vurub və 3 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı futbolçunun dəyərini 2,5 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43