27 Avqust 2024
Dünya futbolu

Rusiyalı futbolçu “Atalanta”dan ayrılmayacaq

“Atalanta”nın rusiyalı yarımmüdafiəçisi Aleksey Mirançuk qış transfer pəncərəsində komandanı tərk etməyəcək.

İdmanxeber.az-ın məlumatına görə, A Seriyası təmsilçisi hücumameyilli futbolçulardan heç biri ilə ayrılmağı planlaşdırmır. Mövsümə ehtiyatda başlayan Mirançuk və Luis Muriel son matçlardakı uğurlu çıxışları sayəsində daha çox oyuna arxalana bilər.

Mirançuk “Atalanta”nın heyətində son üç oyunun hər birində qol vurub. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43